Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib. Sümeyye-Selçuk Bayraktar cütlüyü Asım Özdemir adını verdikləri körpələrini qarşılayıb.
Sherg.az xəbər verir ki, Prezident Ərdoğan Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib.

Burada nəvəsi və qızının sağlamlıq durumu ilə bağlı məlumat alan Ərdoğan nəvəsinin qulağına onun adını oxuyub.

Körpəyə Asım Özdemir adının qoyulduğu öyrənilib. Prezident Ərdoğanı xəstəxanaya səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

Prezident Ərdoğanın Esra-Berat Albayrak cütlüyündən 4 nəvəsi, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.