Tarixə keçdi: 34 yaşlı Qabriel Attal Fransanın yeni baş naziri olub

Fransada 34 yaşlı Qabriel Attal baş nazir təyin edilib. Müvafiq qərarı Fransa prezidenti Emmanuel Makron verib. 
Sherg.az xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamada prezident Makronun Qabriel Attalı baş nazir təyin etdiyi və hökuməti qurmaq vəzifəsini ona tapşırıldığı bildirilib.

34 yaşlı Attal əvvəllər Loran Fabiusun sahib olduğu "Fransanın ən gənc baş naziri" titulunun yeni sahibi oldu.

Dünən Elizabet Bornenin baş nazir vəzifəsindən istefa verdiyi açıqlanıb.

Makrona yaxınlığı ilə tanınan Attal koronavirusun yayılması zamanı hökumət sözçüsü vəzifəsində çalışıb.

Dünən Borne istefa ərizəsini prezident Makrona təqdim etdikdən sonra baş nazir postu üçün adı çəkilən adlar arasında Attal da var idi.