İsrail XİN-dən çağırış: Müharibə dayandırılsın

“İsrail Müdafiə Qüvvələri girovların qaytarılmasına nail olmaq və İsrail xalqının təhlükəsizliyini təmin etmək üçün Qəzza zolağında döyüşləri dayandırmalıdır”.

Bu sözləri İsrail xarici işlər naziri İsrael Kas ABŞ dövlət katibi Antoni Blinkenlə Təl-Əvivdə baş tutan görüşü zamanı deyib.

Kas bildirib ki, ölkəsinin silahlı qüvvələri HƏMAS-la müharibəyə son qoymalıdır. O, həmçinin qeyd edib ki, İsrail hərbçiləri ilə Livandakı “Hizbullah” silahlıları arasında transsərhəd döyüş əməliyyatları səbəbindən İsrailin şimal şəhərlərindən təxliyə edilən mülki şəxslər hələ də evlərinə qayıda bilmirlər.

İsrael Kasın sözlərinə görə, İran və “Hizbullah”a güclü təzyiq göstərilməsi üçün diplomatik yol tapmaq lazımdır.

Mənbə: CNN