Finlandiya Rusiya ilə sərhədi açmayacaq

Finlandiya yanvarın 14-dən sonra Rusiya ilə sərhəddə keçid məntəqələrini açmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib.

“Bu, məhz belə olmalıdır. Rusiya ilə sərhəddə miqrantlarla bağlı vəziyyətdə heç bir dəyişiklik olmayıb, ona görə də sərhəd açıq olarsa, Rusiyanın oxşar fəaliyyətləri davam etdirməsi riski var”, - deyə nazir bildirib.

Qeyd edək ki, miqrantlarla bağlı vəziyyətdən dolayı Finlandiya hökuməti Rusiya ilə sərhədi noyabr ayından bəri bağlayıb.