Yunanıstanın XİN başçısı İrəvanda səfərdədir

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Ermənistana rəsmi səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, G.Gerapetritisin təyyarəsi Zvartnots hava limanına enib.

Yunan nazir səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.