Dünya şöhrətli  müğənninin ölüm səbəbi açıqlanıb


"Nothing Compares 2 U" mahnısı ilə bir dövrə damğasını vuran irlandiyalı müğənni Sinead O'Connor ötən il vəfat edib. Məşhur adın ölüm səbəbi ölümündən təxminən altı ay sonra açıqlanıb.
Sherg.az xəbər verir ki, dünya şöhrətli irlandiyalı müğənni Sinead O'Connor 26 iyul 2023-cü ildə 56 yaşında vəfat edib. Bildirilib ki, 4 uşaq anası olan O'Konnor ölümündən 18 ay əvvəl intihar edən 17 yaşlı oğlu Şeyninin ölümündən sonra özünə gələ bilməyib.
Sinead O'Connor-un ailəsi tərəfindən verilən açıqlamada, "Sevimli Sineadın vəfatını dərin hüznlə elan edirik" deyilir. Açıqlamada məşhur müğənninin ailəsi və dostlarının bü üzüntüdən dərindən kədərləndiyi paylaşılıb.

Məşhur adın ölüm səbəbi altı ay sonra məlum olub. Londondakı Southwark Coroner's məhkəməsinin sözçüsü mövzu ilə bağlı aşağıdakı açıqlamanı verib:

“Sinead O'Connor-un təbii səbəblərdən öldüyü müəyyən edilib. Bu səbəbdən Ədliyyə Tibb Qurumları artıq bu məsələ ilə bağlı işləməyəcək”.