25 ölkədən İsrailə - ÇAĞIRIŞ
16:38 21.07.2025
Dünya
359
"Qəzzada müharibə dərhal başa çatmalıdır. Biz İsrail hökumətini humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa, BMT və humanitar qeyri-hökumət təşkilatlarının öz xilasetmə işlərini təhlükəsiz və səmərəli şəkildə yerinə yetirməsi imkanını təcili olaraq təmin etməyə çağırırıq".
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.
25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının bərabərlik, hazırlıq və böhranların idarə edilməsi üzrə komissarı Aja Labib İsraili Qəzza sektorunda müharibəni dayandırmağa və oraya humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.
Sənədi Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, İslandiya, İrlandiya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Fransa, İsveçrə, İsveç, Estoniya və Yaponiyanın XİN başçıları, eləcə də Aİ komissarı imzalayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual