Litva Ukraynaya yenidən zirehli texnika göndərir

Litva əlavə olaraq Ukraynaya zirehli texnika, döyüş sursatları və PUA əleyhinə vasitələr verəcək.

Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.

“Müharibənin iki ili ərzində biz Ukraynanı intensiv surətdə silahla təmin etmişik və anbarlarımızdakı ehtiyatlar xeyli azalıb. Buna baxmayaraq, biz Ukraynaya PUA-larla mübarizə üçün sistemlər, zirehli texnika, sursat göndərəcəyik”, - Nauseda bildirib.