Lavrov Nyu Yorka gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorka gedib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, nazir səfər çərçivəsində BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq və Ukrayna üzrə iclaslarında iştirak edəcək.
Həmçinin, uçuş zamanı heç bir problemin yaşanmadığı da vurğulanıb.
Rusiya XİN rəhbərini müşayiət edən jurnalistlərə də məhdudiyyətsiz viza təqdim edilib.