13 qadın Depardyeyə qarşı: Cinsi zorakılıq ittihamı ilə bağlı iş dayandırılıb

13 qadın tərəfindən cinsi təcavüzdə günahlandırılan "Qızıl Qlobus" mükafatlı fransız aktyor Cerar Depardyeyə qarşı irəli sürülən ittiham müddətinin uzadılması səbəbindən ləğv edilib.

Sherg.az xəbər verir ki, “Asteriks və Oburisk Sezara qarşı” filmi ilə tanınan məşhur fransız aktyoru Cerar Depardye cinsi qısnama ittihamı ilə üzləşib. Ona qarşı irəli sürülən ittihamları rədd edən fransalı aktyor “Mən heç vaxt qadına sataşmamışam” deyərək linç edildiyini bildirib.


“The Guardian” xəbər verir ki, Paris Dövlət Prokurorluğu aktyora qarşı açılan işi “məhdudiyyət müddəti” səbəbindən rədd etdiyini açıqlayıb. Fransız aktrisa Helene Darras 2007-ci ildə aktyorun ona cinsi təcavüz etdiyini iddia etmişdi.

Darrasın şikayətinin müddəti bitdikdən sonra Depardyeyə qarşı ittiham ləğv edilib. Darras aktyora qarşı cinsi təcavüz iddiaları ilə çıxış edən 13 qadından biri olub.

Ötən ay ispan jurnalist və yazıçı Rut Baza Cerar Depardyenin Parisdə ona təcavüz etdiyini bildirərək cinayət işi açılmasını tələb etmışdı.

Müəllif təxminən 30 il əvvəl baş vermiş hadisə ilə bağlı "heç bir şəkildə razılığının alınmadığını" və hadisə zamanı özünü "iflic" kimi hiss etdiyini bildirmişdi.