Narkozsuz əməliyyat olundu: “Hər şeyi hiss edirdim…”

  Keyləşdirici iynə, ya da narkoz almadan – anestezioloqsuz əməliyyatlar tarixdə olub. Müxtəlif səbəblərdən. Məsələn, müharibələrin gedişatında döyüşlər getdiyi zaman cərrahlar əsgərin həyatını xilas etmək üçün keyləşdiricinin gətirilməsini gözləməyib əməliyyat ediblər. Yaxud da uyğun şərtlər olmayan məkanlarda yenə də insan həyatını xilas etmək üçün həkimlər narkoz iynəsinin olmamasına baxmayaraq, cərrahi əməliyyatlar ediblər. İsveçrəli Daniel Gisler isə əməliyyat ediləcəyini bildiyində israr edib: “anestezi istəmirəm”. 
“Sherg.az” “Milliyet.com.tr”tə istinadən keyləşdiricisiz əməliyyat edilən isveçrəlinin həyat hekayəsini təqdim edir. 2022-ci ilin martında Daniel Gisler Baden şəhərində yaşadığı evdə ayağı sürüşüb yıxılıb. Məlum olub ki, həm diz qapağının altındakı 2 sümükdən biri, həm də baldır sümüyü qırılıb. Həkimlər cərrahi əməliyyat keçirməli olduğunu bildirib. Ayağına platin qoyulub. İlk əməliyyat uğurlu keçib, lakin sonradan hər dəfə ayaqqabılarını geyinərkən platinlərdən biri ətinə batdığı üçün onu incitməyə başlayıb. Ağrı artdığından D.Gisler platinlərin çıxarılmasını istəyib. Əməliyyat zamanı isə keyləşdirici istifadə edilməməsində israr edib. Baden Kanton Xəstəxanasının Ortopediya və Travmatologiya bölümünün başqanı Karim Eid buna təəccüb edib. Ən təəccüblüsü və həkimləri heyrətə salansa pasiyentin “məni hipnozla əməliyyat edin”, istəyi olub. Həkimlər 55 yaşlı adamın istəyinə əməl etməli olub. Baxmayaraq ki, platinləri çıxarmaq üçün ayaqda 10 santimetrlik ölçüdə kəsiklər açmalıdırlar. D.Gisler əməliyyatdan 40 dəqiqə əvvəl hipnoterapist  Lajla Tahicin sakitləşdirici sözlərini dinləyib. Onun məqsədi hipnozun ən yüksək səviyyəsi – esdailə (Ceyms Esdailin adından götürülüb)  çatmaq və bunu əyani hiss etmək olub. Daniel əməliyyat zamanı əslində oyaq olub, cərrahların bütün hərəkətlərini görüb, izləyib, lakin ağrı hiss etməyib. Əməliyyatdan sonra da o özünü çox rahat hiss etdiyini deyib. O, əməliyyatdan 60 dəqiqə sonra xəstəxananı tərk edib. Və evinə gedib.