ABŞ: İran istehsalı olan üç PUA-nı vurduq

ABŞ İran istehsalı olan üç pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. CENTCOM-dan verilən açıqlamada husilərə məxsus gəmi əleyhinə ballistik raketin də məhv edildiyi bildirilib.


Sherg.az xəbər verir ki, ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin Ədən körfəzi istiqamətində atdığı gəmi əleyhinə ballistik raketi və İran istehsalı olan üç pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada husilərin nəzarətində olan bölgələrdən gəmi əleyhinə ballistik raketin atıldığı bildirilib.

Açıqlamada raketin Ədən körfəzinə doğru atıldığı, ballistik raketin və İran istehsalı olan 3 İHA-nın vurulduğu bildirilib.

CENTCOM başqa bir açıqlamada Yəməndə Husilərin nəzarətində olan bölgələrdə “özünümüdafiə” çərçivəsində 1 İHA, yer idarəetmə stansiyası və 10 tək istiqamətli hücum PUA-nın vurularaq məhv edildiyini bildirib.

Sözügedən PUA-ların bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər üçün "qabaqda təhlükə" yaratdığının müəyyən edildiyi bildirilib.