Oyuncaq maşının içərisində sıxışan uşaq xilas edilib

Avstraliya polisi oyuncaq maşının içərisinə girib çarəsiz vəziyyətdə qalan uşağı xilas edib. 

Sherg.az xəbər verir ki, Avstraliya polisi Kvinslend əyalətinin Kapalaba bölgəsindəki bir ticarət mərkəzində oyuncaq maşının içərisinə girərək içərisində sıxışan 3 yaşlı Etanı xilas etdikləri anların görüntülərini paylaşıb.

Polisin açıqlamasında deyilir: “Capalaba şəhərindəki bir ticarət mərkəzində oyuncaq maşınına girən macəraçı Etanı xilas etmək üçün polis çağırılıb. Matçın nəticəsi: Etan və Polis 1 xal, oyuncaq maşın 0 xal.”

Paylaşılan görüntülərdə polisin Etandan xilas edildikdən sonra oyuncaq maşından oyuncaq istəyib istəmədiyini soruşduğu anlar əks olunub.