İrlandiya  İsraili protesto etdi: “Sizinlə salamlaşmayacağıq” 


 İrlandiyanın qadınlardan ibarət milli basketbol komandası 2025-ci il Avropa çempionatının ələmə turunda İsrail komandası ilə qarşılaşıb. İrlandiya komandası İsrail komandası ilə salamlaşma mərasimi üçün meydançada üz-üzə dayanmaqdan imtina edib və israilli basketbolçularla əl-ələ salamlaşmayıb.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, İrlandiya Basketbol Federasiyası da milli komandanın qərarını dəstəklədiyini açıqlayıb. İsrail Basketbol Federasiyası da açıqlama yayaraq irlandiyalı qadın basketbolçuların bu hərəkətinin sayğısızlıq olduğunu bildirib: Komanda üzvlərimizə qarşı nümayiş etdirilən bu sayğısız hərəkət İrlandiya üçün utancvericidir. Onların bu davranışı komandamıza pis təsir etdi. Lakin idmançılarımız qalib gəldilər”.  Qeyd edək ki, oyun 87-57 hesabıyla İsrail qadın basketbol komandasının qələbəsiylə başa çatıb. İsrail Milli Komandasının baş məşqçisi Şeron Draker oyundan sonra verdiyi açıqlamada “indiyədək belə hal görünməyib. Uzun illərdir idman sahəsindəyəm. Komandaların əl verib salamlaşmadığını ilk dəfədir görürəm. Amma komandamız onların cəzasını verdi”, söyləyib.