Keçmiş baş nazir və həyat yoldaşı evtanaziya ediliblər

Hollandiyanın keçmiş baş naziri Dris fan Axt və həyat yoldaşı Ejeni birlikdə evtanaziya ediliblər. Sherg.az bildirir ki, Fan Axt 2019-cu ildə keçirdiyi beyin qanamasından sonra tam sağala bilməyib və Ejeni də ağır xəstə olub.

 Onların hər ikisinin 93 yaşı var idi.

Cütlüyün ötən bazar ertəsi ölümü Hollandiyada artan "ikiqat evtanaziya" tendensiyası kimi qəbul edilir.

Hələ nadir olsa da, cütlük evtanaziyası ilk dəfə 2020-ci ildə bütün halların nəzərdən keçirilməsi zamanı, 26 nəfərin partnyorları ilə eyni vaxtda evtanaziya edildiyi zaman qeydə alınıb. Bu rəqəm 2021-ci ildə 32-yə, 2022-ci ildə isə 58-ə yüksəlib.

Hollandiya mətbuatının yazdığına görə, baş nazir Fan Aqt katolik olsa da, 70 illik həyat yoldaşı ilə öz yolunu seçib.