Maşın qəbiristanlığıQoyunların otladığı yer havadan lentə alınıb

Mərkəzi Kahramanmaraşda olan zəlzələlər Hatayı yerlə-yeksan etdi, 25 minə yaxın insan həyatını itirdi.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, əsrin fəlakətində minlərlə avtomobil zərər gördü və bu vasitələrdən 20 min 534-ü qorunub saxlanılır. Maşın qəbiristanlığına oxşayan ərazidə toplanan avtomobillərin  təhvil verilməsinə iyulun sonunda başlanılıb.

Sayları günü-gündən azalan maşınların arasında qoyunların otladığı anlar havadan lentə alınıb. Yüzlərlə maşının arasında otlayan qoyunlar maraqlı görüntülər yaradıb.

Antakyanın Derince rayonunda dayanacaqda nəzərəçarpacaq azalma müşahidə edilir, polis qüvvələri avtomobillərin oğurluğuna qarşı mühafizəsini davam etdirir. Digər tərəfdən, maşın  qəbiristanlığında qalan avtomobilərin tamamilə dəmir yığınları olduğu görünüb.