Ankara NATO-nun yeni baş katibindən zəmanət istəyir

Ankara Stoltenberqi əvəz edəcək NATO-nun yeni baş katibindən alyans ölkələri arasında silah ixracına heç bir məhdudiyyət qoyulmayacağına dair zəmanət almaq niyyətindədir.
Bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“Türkiyə hakimiyyətinin NATO-nun yeni baş katibinin namizədliyini dəstəkləməsi müqabilində Stoltenberqi əvəz etmək arzusunu bildirən Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rutte qarşısında bir sıra tələbləri var. Türkiyə Ruttedən NATO-nun AB ilə tərəfdaşlıq sazişlərinə daxil ediləcəyinə dair vəd istəyir ki, bu da blok ölkələri arasında hərbi ixrac məhdudiyyətlərinin olmamasını təmin edəcək”, - məlumatda deyilir.

Nəşr iddia edir ki, Türkiyə rəsmiləri tələbləri ilə bağlı hələ də Rutte ilə əlaqə saxlamayıb.