3 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu daha 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bakupost.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizəni davam etdirir.
Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib:
"Heç bir yerdə terrora və terrorçulara keçid yoxdur. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fırat Qalxanı və Barış bulağı bölgələrində aşkarladıqları 3 PKK/YPG terrorçusunu xain məqsədlərinə çatmamış zərərsizləşdirib. Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək" .