Gürcüstan XİN rəhbəri Türkiyəyə rəsmi səfər edəcək

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili fevralın 14-15-də Türkiyədə rəsmi səfərdə olacaq.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüşlər zamanı cari regional və beynəlxalq hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.