Misir və Türkiyə prezidentləri görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında görüş baş tutub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qahirədə keçirilən görüş zamanı iki ölkə arasında münasibətlər, Qəzzada vəziyyət və regional məsələlər müzakirə olunub.