Paşinyan Anna və nazirləri ilə birgə Münhenə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün üç günlük işgüzar səfərlə Münhenə gedib.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

“Hökumət başçısı Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Beynəlxalq forum çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub”, - o bildirib.

Paşinyanla bərabər, Münhenə Anna Akopyan və XİN başçısı Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan da yollanıb.

Qeyd edək ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.