Kreml Navalnının ölümünü şərh edib

Kreml Aleksey Navalnının cəzaçəkmə müəssisəsində ölümünü şərh edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Federal Penitensiar Xidmətin bütün yoxlamalarla məşğul olduğunu söyləyib.
Peskov, məlum hadisə ilə bağlı xüsusi təlimatlara ehtiyac olmadığını da bildirib. Kremlin sözçüsü vurğulayıb ku, Navalnının ölüm səbəbini həkimlər müəyyən etməlidirlər.