Rusiyanın yeni silahı kosmosda sputnikləri “kor” edəcək

Rusiyanın yeni kosmik silah sistemləri nüvə enerjisi ilə işləyəcək.
Bakupost.az xəbər verir ki, “Reuters” analitlərinin təhlilinə görə, Rusiya çox güman, orbitdə radioelektron müharibə üçün nüvə enerji mənbəyi ilə işləyən sistemlər hazırlayır.
Vəkillər qrupunun direktoru Deril Kimbalın sözlərinə görə, bu fikir daha realistdir, nəinki Rusiyanın nüvə başlıqlı kosmik silah hazırlaması ideyası.
Bu qurğulara elektromaqnit impulsları generatorlarını “kor” edən və ya susduran cihazlar, qurğular aiddir.
Eləcə də orbitdə sputniklərin elektrik sistemini sıradan çıxara bilər.
Analitiklərin fikrincə, kosmosa göndəriləcək sputniklər əleyhinə yeni silahlar bütün hərbi rabitəni sıradan çıxara bilər. Eləcə də bu sistemlərdən istifadə edən taksi və çatdırılma xidmətlərinin qoşulduğu GPS sistemi dayana bilər.
Spiker Mayk Consonun sözlərinə görə, Konqresə bir neçə həftədir Rusiyanın sputniklər əleyhinə silah hazırlaması təhlükəsi barədə məlumat daxil olub.