Hersoq almaniyalı həmkarı ilə görüşdü

İsrail Prezidenti İshaq Hersoq Berlində almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.
Axar.az xəbər verir ki, məlumatı “Tayms of İsrail” yayıb.
Bildirilib ki, liderlər Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir araya gəliblər.
Onlar Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
İ.Hersoq almaniyalı həmkarını döyüş meydanındakı durum barədə məlumatlandırıb.
O, dəstəyə görə həmkarına təşəkkür edib.