Harrisdən Zelenskiyə: Yardım davam edəcək...

Ukraynaya dəstəyimiz dəyişməz olaraq qalır.

Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

“ABŞ Prezident Co Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, - Harris qeyd edib.