Macarıstan İsveçin NATO-ya üzvlüyünü nə vaxt ratifikasiya edəcək?

Budapeştlə Stokholm fikir ayrılıqlarını həll etməyə yaxındır.

APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

O bildirib ki, Macarıstan parlamenti yaz sessiyasında İsveçin NATO üzvlüyünü ratifikasiya edə bilər.

Macarıstan parlamentinin yaz sessiyasının ilk iclası fevralın 26-da baş tutacaq.