Kosmosda əməliyyat

Yerdəki cərrahlar robot-cərrahın tapşırıqları düzgün yerinə yetirdiyinə seviniblər


  Beynəlxalq Kosmos Stansiyasında  robot cərrah tərəfindən ilk əməliyyat icra olunub.
 "Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, robot cərrah əməliyyatı cazibə qüvvəsinin olmadığı bir ortamda tamamlayıb. Bu əməliyyata ABŞ cərrahları tərəfindən Yerdən nəzarət edilib. Cərrah robot kiçildilmiş “In Vivo Robotik Asistan" anlamına gələn "spaceMIRA" olaraq tanınır. Və o, ABŞ cərrahları tərəfindən 400 kilometr məsafədə uzaqdan idarəetmə sistemi ilə hərəkətə gətirilib. Kosmik stansiyada cərrahlar tərəfindən laboratoriyada süni toxumalar üzərində əməliyyatlar icra edilib. ABŞ cərrahları hesab edir ki, kosmosda robot cərrahın xidmətlərindən istifadə təkcə kosmosda ehtiyac duyulacaq əməliyyatlar üçün deyil, eyni zamanda planetimizdə də uzaq məsafələrdə cərrahi xidmətlərin zamanında, gecikmələrə yol verilmədən gerçəkləşməsi üçün irəliyə atılmış doğru addımdır. Texnologiyanın inkişafı insanların sağlamlığına xidmət edəcək. ABŞ-nin kosmosdakı tədqiqatları uzun zaman aparacaq. NASA-da hesab edirlər ki, Marsa gediş-gəliş səfərlərinin tamamlanması təxminən 2 il çəkə bilər. Kosmosa göndərilən əməliyyat cihazı isə sadəcə, 0.9 kiloqram ağırlığındadır. Bu da kosmosdakı əməliyyatlar üçün əlverişlidir. Cihazın bir hissəsi bədənə yerləşdrilir və o, insanın hərəkətlərini təqlid etmək üçün 2 qoldan istifadə edir. Bu da dünyadakı cərrahlara daha kiçik gözlər və əllər verməyə xidmət edir. Bu cihazla kiçik əməliyyatları gerçəkləşdirmək mümkün olacaq. Əməliyyat zamanı problem Yerdən göndərilən tapşırıqların robot cərraha bir qədər gec çatması olub. Cərrahlar arada yaranan zaman fərqini azaltmağı vacib sayırlar. Çünki əməliyyat zamanı hətta 5 saniyə də həyat qədər dəyərlidir. Gecikməyə baxmayaraq, Yerdəki cərrahlar robot-cərrahın tapşırıqları düzgün yerinə yetirdiyinə seviniblər.