Evini satdı, xanımı boşandı: 1 dollarla milyoner olmaq istəyir

Davinci Jeremie dünyada tanınan milyonçudur. D.Jeremie ilk kripto para – "Bitcoin" haqqında eşitdiyində bunun bir fırıldaq olduğunu düşünüb və "proqramçıyam, mənbə kodunu oxuyub sizə bunun nə qədər böyük bir fırıldaq olduğunu anladacam" deyib.  Ancaq müəyyən araşdırmalardan sonra əvvəlki düşüncələri  tamamilə dəyişib. Bir müddət sonra da “Blockchain” və kripto-para məsələsində məsləhətləriylə tanınıb. 2013-cü ilin may ayında sosial media hesablarından təqibçilərinə kripto-paraya yatırım etmələrini məsləhət görüb. O zamanlar 1 Bitcoin təxminən 1 ABŞ dollar dəyərində idi. Təqibçiləri isə ona inanmayıb, “dəli” zənn ediblər. D.Yeremie təqibçilərinə nə məsləhət görürdü ki, onu “dəli” hesab edirdilər? 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Davinci sosial media təqibçilərinə məsləhət görürdü ki, "Bitcoin"ə sadəcə 1 dollar yatırım etsinlər və buna 10 il ərzində davam etsinlər. O, təqibçilərini inandırmaq üçün yutub kanalı üzərindən də çağırışlar edirdi. "Hər birinizin 1 dollarlıq "Bitcoin" satın almasını istəyirəm” söyləyən D.Jeremie 2013-cü ildəki "Bitcoin" məsələsini 1990-cı illərdə insanların gələcəkdə internetin bu qədər inkişaf edəcəyinə inamsızlığı ilə müqayisə edirdi. D.Jeremie özü isə 1 dollardan 3 min "Bitcoin" və bir az da "Altcoin" əldə edib. İllər keçdikcə "Bitcoin"in dəyəri 10 min dollara yüksəldi və bu da Davinçini milyonçu etdi. İndi onun varidatı 57 min dollara çatır. Əlbəttə, Davinçinin bəxti gətirmişdi. Davinçi YouTube kanalındakı təqibçilərinə səslənərək belə deyib:  “Gələcəkdə həqiqətən zəngin olmaq istəyirsinizsə, sizdən sadəcə, 1 dollara "Bitcoin" satın alıb cüzdana qoymanızı istəyirəm. Nəticə nə olursa olsun, sadəcə, 1 dollar itirmiş olacaqsınız”. D.Jeremie “bilirəm ki, çoxunuz məsləhətimə qulaq asmayacaq, əməl etməyəcək. Məni ciddi qəbul edənlərəsə indidən təşəkkür edirəm. Onlarsa mənə gələcəkdə təşəkkür edəcək”. D.Jeremie kripto-para toplamaq üçün hətta evini də satıb. Bunu görən həyat yoldaşı isə ondan boşanıb. O isə dayanmaq bilmirdi. Qızıllarını da satıb, bu dəfə "Bitcoin" əvəzinə "Ethereum" alıb. Davinci Jeremie kripto-paraların hələ bundan sonra da artacağına və 1 "Bitcoin"in 1 milyon dollara tən gələcəyinə inanır. Amma insanlara ən ağıllı məsləhət budur ki, kimlərinsə hekayələrinə deyil, reallığa inansınlar.