Kreml Paşinyanın KTMT ilə bağlı fikrinə münasibət bildirib

Ermənistan KTMT-yə üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.