ABŞ-dən sürpriz addım: Navalni ailəsi Baydenlə görüşüb

Rusiyanın müxalifət lideri Aleksey Navalninin həbsxanada ölümünün əks-sədası davam edərkən, ABŞ prezidenti Co Baydendən gözlənilməz bir addım gəlib.
“Sherg.az” xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Baydenin San-Fransiskoda Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalni və qızı Daşa Navalni ilə görüşdüyü xəbər verilib.

Baydenin Navalnilərə yaşadıqları “dəhşətli itki” üçün başsağlığı verdiyi açıqlamada,
 “Prezidentin, Aleksey Navalnının fövqəladə cəsarətinə, onun korrupsiyaya qarşı mübarizə irsinə və qanunun aliliyinin hamıya şamil olunduğu azad və demokratik Rusiyaya inamına heyran olduğunu bildirdiyi” qeyd edilib.

Bayden Navalninin ideyalarının onun ölümünə ağlayan, Rusiyada və dünyada azadlıq, demokratiya və insan haqları uğrunda mübarizə aparan insanlar tərəfindən yaşadılacağını deyib: 
"O, idarəetməni Navalninin ölümünə, Rusiyanın hücumuna və Ukranyadakı amansız və qeyri-qanuni müharibəyə görə sabah Rusiyaya qarşı ciddi yeni sanksiyalar elan edəcəklərini bildirib ”.


Bayden: Sabah sanksiyalari elan edəcik
Görüşlə bağlı jurnalistlərə qısa açıqlama verən Bayden Aleksey Navalninin həyat yoldaşı və qızı ilə görüşməkdən şərəf duyduğunu bildirib:
 “Bunu açıq şəkildə qeyd etmək istərdim, Aleksey Navalni inanılmaz dərəcədə cəsarətli insan idi və həyat yoldaşı ilə qızının ondan nümunə götürməsi çox gözəldir. Onunun ölümünə cavabdeh olan Putinə qarşı sanksiyaları sabah elan edəcəyik”.

Həbsxanada həyatini itirmişdi
Rusiya Federal Həbsxana Xidmətinin (FSIN) ötən həftənin cümə günü verdiyi açıqlamada, 47 yaşlı Aleksey Navalninin saxlandığı Yamal yarımadasındakı həbsxanada gəzdikdən sonra halının pisıəşdiyi və öldüyü bildirilib. Putinin rəqibi olan Navalninin gözlənilməz ölümü onun tərəfdarları tərəfindən şübhə ilə qarşılanıb. Kremlin sözçüsü Dmitri Peskov həbsxana rəsmilərinin Navalninin ölümü ilə bağlı bütün araşdırmaları apardığını vurğulayıb.

Fidan Həməşəyeva