Belarusdakı seçki kampaniyası qüsursuz təşkil edilib.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi, MDB Parlamentlərarası Assambleyası Baş katibinin müavini Aydın Cəfərov bildirib.
“10-a yaxın seçki məntəqəsində monitorinq aparılıb. Bütün seçki məntəqələri vaxtında açılıb, seçki komissiyalarının üzvləri yerində idilər. Bu, xoş bir kəşf idi – seçki məntəqələri Belarus himni ilə işə başladılar”, – deputat qeyd edib.
Onun sözlərinə görə, Belarusda seçkilərin özəlliyi erkən səsvermənin keçirilməsidir:
“Vətəndaşların əvvəlcədən səs verməsi rahatdır. Dünən və srağagün seçki prosesində fəal iştirak var idi. Fikrimizcə, Mərkəzi Seçki Komissiyası seçkiləri çox aydın təşkil edib. Təşkilatçılıq baxımından hər şey qüsursuzdur. Ziyarət etdiyim bütün seçki məntəqələrində qayda-qanun və təmizliyi qeyd etməliyəm”.
Aydın Cəfərov vurğulayıb ki, çiskin hava seçicilərin iştirakına təsir etməyib.
Qeyd edək ki, Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarını seçəcək ölkə tarixində ilk vahid səsvermə günü saat 08:00-da (Bakı vaxtı ilə 09:00) start götürüb.
Xatırladaq ki, azərbaycanlı deputatlar Belarusda keçirilən seçkiləri müşahidə edilər.