Alper Gezeravcı İstanbul Texniki Universitetində mühazirə oxuyacaq


Türkiyənin ilk astronavtı Alper Gezeravcı İstanbul Texniki Universitetində (İTU) onlayn mühazirələr oxuyacaq.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır məsələni sosial media hesabında paylaşıb.

“Sektorda Kampus” proqramı ilə sənaye mütəxəssislərini universitet tələbələri ilə bir araya gətirməyə davam etdiklərini ifadə edən Kacır, “Alper Gezeravcı bu semestr İTU-da mühazirə oxuyacaq” deyə bildirib.

İTU rektoru Prof. Dr. İsmail Koyuncu da sosial media hesabında bunları paylaşıb:

"İTU-da yeni bir çığır açmaqdan qürur duyuruq. Türkiyənin ilk astronavtı Alper Gezeravcı "Şampusda Sektor" proqramı çərçivəsində universitetimizdə "Uçuş və Astronavtika Mühəndisliyində Xüsusi Mövzular" adlı kursu onlayn olaraq verəcək."