Çanaqqalada qeyri-qanuni mühacir əməliyyatı

Çanaqqalanın Ayvacık rayonu sahillərində Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 91 qeyri-qanuni immiqrant xilas edilib, Avropa ölkələrinə getməyə çalışan 24 qeyri-qanuni immiqrant isə tutulub.
"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Sahil Təhlükəsizliyi Şimali Ege Qrup Komandanlığı qrupları, Ayvacık sahillərində 2 fərqli nöqtədə rezin qayıqlarda qeyri-qanuni immiqrantların olduğunu müəyyən edib. Bölgəyə göndərilən qruplar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırıldığı müəyyən edilən 19-u uşaq olmaqla, ümumilikdə 91 qeyri-qanuni immiqrantı xilas edib.
Ayvacık sahillərində keçirilən başqa bir əməliyyatda isə 11-i uşaq olmaqla 24 qeyri-qanuni mühacir Avropa ölkələrinə getməyə cəhd edərkən tutulub.
Qeyd edək ki, Sahilə çıxarılan qeyri-qanuni mühacirlər Küçükkuyu qəsəbəsindəki Sahil Mühafizə Stansiyasına aparılıb. İmmiqrantlar prosedurların ardından Ayvacık rayonundakı Əcnəbilərin Repatriasiya Mərkəzinə təhvil verilib.

Fidan Həməşəyeva