Ərdoğan avtomobilini saxlatdı: Prezidentə ad günü sürprizi etdilər

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. İstanbulda olan Ərdoğana Sirkeci-Kazlıçeşme dəmir yolu xəttinin açılışı üçün evindən çıxarkən ona ad günü sürprizi edilib.

Sherg.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Kısıklıdakı iqamətgahı qarşısına toplaşan vətəndaşlar doğum günü münasibəti ilə ona sevgi nümayiş etdiriblər.

“Sirkeci-Kazlıçeşme Dəmiryol Sistemi və Piyada Yönümlü Yeni Nəsil Nəqliyyat Layihəsi”nin açılış mərasiminə getmək üçün Kısıklıdakı iqamətgahından ayrılan Ərdoğan evinin yaxınlığında doğum gününü qeyd etmək üçün gözləyənləri görərək maşın karvanını saxlayıb. 



 
AK Partiya İstanbul Gənclik Qolunun sədri Məhəmməd Cem Çekerek avtomobilindən düşən Ərdoğana şəkli və üzərində Türkiyə bayrağı olan tortu hədiyyə edib.

Ərdoğan “Dünən, bu gün və sabah sizinləyik, ad günün mübarək rəis” və “Ad günün mübarək rəis, gənclik hər zaman sizinlədir” yazılı pankartların açıldığı şirniyyat evinin qarşısında vətəndaşlarla bir müddət söhbət edib.

Avtomobilinə yaxınlaşan bir nəfərlə söhbət edən Ərdoğan daha sonra açılış mərasiminə getmək üçün buradan ayrılıb.