"Baron" Yakob Rotşild öldü:  Sui-qəsd nəzəriyyələri fırtınasına hazır olun

Rotşildlər ailəsinin dördüncü nəsil lideri 87 yaşında vəfat edib. 
 “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, ailə bankçılıq fəaliyyəti ilə tanınan atalarının yəhudi ənənələrinə uyğun dəfn ediləcəyini açıqlayıb. 
Qey edək ki, karyerasına 1963-cü ildə  NM Rotşild və Sons bankında başlayan Yakob Rotşild bir çox fond və qalereyaları da idarə edib.
Rotşildlər ailəsi 19-cu əsrin antisemit karikaturalarından tutmuş, koronavirus epidemiyasına qədər bir çox sui-qəsd nəzəriyyələrinin önündədir.
Xatırladaq ki, Almaniyanın Frankfurt şəhərindən olan bir ailənin beş uşağı 200 il əvvəl Avropanın müxtəlif şəhərlərinə dağılıblar. Sonrakı illərdə Rotşild ailəsinin üzvləri inkişaf etməkdə olan bank sənayesinin siması olublar.
19-cu əsrə aid bir nəşr qurucu Mayer Amşel Rotşild-i hakim sinifləri akrobat topları kimi hərəkət etdirən, qarmaqlı burnu olan, iri, güclü bir adam kimi təsvir edib.

Fidan Həmşəyeva