Acun Ronaldinyo üçün bu qədər pul ödəyib

Acun Ilıcalının “Survivor”a gələn Ronaldinyo üçün nə qədər pul ödədiyi məlum olub.
Bakupost.az xəbər verir ki, bu günlərdə Acun Ilıcalının təqdimatı ilə TV8 ekranlarında yayımlanan “Survivor All Star”ın qonağı dünya şöhrətli futbolçu Ronaldinyo olub. Yarışma iştirakçıları ilə matçlar keçirən Ronaldinyonun "Survivor"a gəlişi həm Türkiyə mətbuatında, həm də Braziliya mətbuatında gündəm olub.
Braziliya mətbuatında Acun “Survivor”a gəlmək üçün Ronaldinyoya 100-150 min dollar ödədiyi iddia edilib. Acun Ilıcalı hələlik məsələ ilə bağlı açıqlama verməyib. Ronaldinyo yarışmada iştirak etdikdən sonra İnstaqram hesabında paylaşım edən Acun "Əziz dostum Ronaldinyonun “Survivor”a gəlişi hamımızı çox sevindirdi. Onu ən qısa zamanda “Hull City” matçında görmək istəyirik”, deyə yazıb.