ABŞ ordusu fotoşəkilləri paylaşdı: Türk döyüş gəmiləri kadrlarda!


NATO-nun rəsmi internet saytında 'Ovçuların ovlanması' başlığı ilə elan edilən döyüş oyunu ilə Aralıq dənizi qızışıb, həmçinin Amerika donanması və türk döyüş gəmilərini əks etdirən fotoşəkillər böyük əks-səda yaradıb.
"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Ukraynada Rusiya ilə görünməmiş münaqişə yaşayan dünyanın ən böyük müdafiə ittifaqı olan NATO Şimali Avropa ölkəsi İsveçin də iştirakı ilə üzvlərinin sayını 32-yə çatdırıb. Bununla da iki il əvvəl öz tanklarını cənub-qərb qonşusuna göndərən Rusiya lideri Vladimir Putinin xəyal etdiyinin tam əksi baş verib.
Rusiyanın Ukraynaya hücumundan sonra tarixinin ən böyük güc nümayişinə başlayan NATO Aralıq dənizində Dynamic Manta 2024 təliminə başlayıb . Türkiyənin döyüş gəmisi, sualtı qayıq və təyyarə ilə qatılacağı Dynamic Manta 2024 (DYMA 24) yarışmasına İtaliya  ev sahibliyi edir.
Qeyd edək ki, Aralıq dənizindəki böyük güc nümayişində NATO-nun ən böyük gücü olan ABŞ, həmçinin İngiltərə, Fransa, Almaniya, Kanada, Yunanıstanda da iştirak edirlər.

Fidan Həməşəyeva