Rusiyanın mümkün Çin işğalına qarşı ssenarisi ortaya çıxıb

"Şərq şəhərlərində qəzəbli izdiham polislə toqquşur. Təxribatçıların şəbəkələri polis məntəqələrinə və hərbi kazarmalara hücum etmək üçün sərhəddən silah keçirilir. Qəzəbli nüvə qonşusunu etnik təmizləmədə ittiham edərək müdafiə istehsalını artırır."
“Çin Rusiyanın şərqində etirazçılara polislə toqquşma üçün pul ödəyir. O, Rusiyanın təhlükəsizlik infrastrukturuna gizli hücum etmək üçün diversantlar göndərir. Çin müdafiə istehsalını artırır və sərhədə qoşun yeridir. O, Rusiyanı soyqırım törətməkdə ittiham edir. Çin Rusiyaya ikinci işğalçı qüvvə göndərir. Putin işğalı dayandırmaq üçün nüvə silahından istifadə etməyi əmr edir”.
Sherg.az xəbər verir ki, bunlar Rusiyanın təlimlərinin ssenarisinə daxildir:

Çin Xarici İşlər Nazirliyi isə Moskvadan şübhələnmək üçün hər hansı əsasın olmadığını bildirib. 
Bir sözçü isə "Çin və Rusiya arasında mehriban qonşuluq, əməkdaşlıq haqqında müqavilə hüquqi cəhətdən iki ölkə arasınd əbədi dostluq və düşmənçilik etməmək konsepsiyasını təsbit edib".
O, Çin və Rusiya arasında "Təhdid nəzəriyyəsi"nə yer yoxdur deyib.

Fidan Həməşəyeva