Bu tarixdə Pakistanda yeni baş nazir seçiləcək

Pakistan Milli Assambleyası martın 3-də ölkənin yeni baş nazirini seçəcək.
“Report” xəbər verir ki, bu barədə Assambleya məlumat yayıb.
Bildirilib ki, bu vəzifə üçün iki namizəd - Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının funksioneri Ömər Əyyub Xan mübarizə aparır.