Alman zabitlərin səs yazısı Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını deməyə əsas verir.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Bundesver zabitlərinin söhbətini raket və tank oyunu kimi təqdim etmək cəhdləri pis yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”, - Medvedyev bildirib.
Qeyd edək ki, yayılan səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.