İran qaz hasilatını artıracaq

İran qaz hasilatını artıracaq.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının neft naziri Cavad Övci deyib.

"İran yaxın beş ildə qaz hasilatını bugünkü 1,07 milyard kubmetrdən 1,3 milyard kubmetrə çatdırmağı planlaşdırır", - deyə Övci bildirib.

Nazir əlavə edib ki, bu məqsədə nail olmaq üçün ölkə qaz hasilatı kompleksinə 80 milyard dollardan çox vəsait ayıracaq.