Makron: Ukraynada istəməsək də quru əməliyyatı lazım ola bilər

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Ukraynada Rusiya qüvvələrinə qarşı quru əməliyyatı gələcəkdə "arzu etməsə də" lazım ola bilər.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti Makron Berlin səfərindən sonra “Veymar üçbucağı” formatı çərçivəsində Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Olaf Şolzla görüşdüyünə dair  açıqlamalar verib.

Makron Ukrayna ilə bağlı aralarında yaranan gərginlik xəbəri ilə bağlı Şolz ilə danışıb və aralarında heç bir fikir ayrılığının olmadığını bildirib.

Strateji fərqlərlə bağlı müzakirələrin başlamasının qarşısını almaq üçün sürətlə Almaniyaya getdiyini bildirən Makron, Ukrayna ilə bağlı "böyük ortaq fikrə" sahib olduqlarını qeyd edib.

Makron Almaniya və Fransanın Ukrayna ilə bağlı "bir-birini tamamlayan gücündən" faydalana biləcəyi mesajını verdi.

Son həftələrdə AB ölkələri arasında mübahisələrə səbəb olan “Ukraynaya qoşun yeritmək mümkün deyil” açıqlamalarından sonra danışan Makron, “Bunu arzulamıram və bu mövzuda təşəbbüs göstərməyəcəyəm, amma ola bilsin, bəzi hallarda Rusiya qüvvələrinə qarşı çıxmaq üçün quru əməliyyatı lazım olacaq."Fransanın gücü bunu bacarmasıdır" deyib.

Makron iddia edib ki, Avropanın bir çox ölkəsi Rusiyaya qarşı mübarizə metodunun müəyyənləşdirilməsində onlarla “eyni sıradadır”.

Makron hərbi əməliyyatlar da daxil olmaqla bütün ssenarilərə hazır olduqlarını da bildirib.

Rusiyanın "qorxu ritorikası" yaydığını və buna qapılmayacaqlarını bildirən Makron, "Özümüzü qorxutmamalıyıq. Bizə qarşı böyük bir güc yoxdur. Rusiya nüvə silahı olan orta ölçülü bir gücdür" deyib.

Makron Almaniya və Polşanı Ukrayna ilə bağlı daha çox işlər görməyə razı salmaq üçün Berlinə getdiyini, buna görə də Ukrayna səfərini təxirə saldığını qeyd edib.