Bosniya və Herseqovina Avropa İttifaqına doğru: Danışıqlar başlayır

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamaq qərarının verildiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Mişel Brüsseldə AB sammiti davam edərkən X hesabından açıqlama verib.

Mişel mesaj paylaşıb: “Sizin yeriniz bizim Avropa ailəmizdədir. Bugünkü qərar sizin Aİ yolunda irəliyə doğru atılmış mühüm addımdır. Xalqınızın istədiyi kimi Bosniya və Herseqovinanın davamlı şəkildə irəliləməsi üçün gərgin iş davam etməlidir"  

Bosniya və Herseqovina 15 fevral 2016-cı ildə üzvlük ərizəsini vermiş və 15 dekabr 2022-ci ildə namizəd ölkə statusunu almışdır.

Aİ Komissiyası martın 12-də Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamaq üçün tövsiyə verdiyini açıqlayıb.