İsrail 800 hektar Fələstin torpağını dövlət torpağı elan edib

İsrailin maliyyə naziri Bezalel Smotriç işğal altındakı İordan çayının qərb sahilində 800 hektarlıq ərazini dövlət ərazisi elan edib.

Sherg.az xəbər verir ki, İfrat sağçı nazir bu ərazinin qanunsuz qəsəbə tikintisi üçün istifadəsini asanlaşdıracaq addım atıb.

ABŞ dövlət katibi Antoni Blinkenin baş nazir Benyamin Netanyahu ilə görüşmək üçün İsrailə səfər etdiyi gün verilən açıqlamada hökumətin artan beynəlxalq müqavimətə baxmayaraq İordan çayının qərb sahilində məskunlaşma tikintisini davam etdirmək əzmində olduğu vurğulanıb.

Fələstin rəsmiləri bu addımı pisləyib.