Tramp 175 milyon dollar ödədi, mülklərini geri aldı

ABŞ-nin keçmiş prezidenti Donald Tramp mülki dələduzluq işi çərçivəsində aktivlərinə həbs qoyulmasının qarşısını almaq üçün girov kimi 175 milyon dolları ödəyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, martın 25-də Nyu-York Apellyasiya Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa mülki fırıldaqçılıq işi üzrə 175 milyon dollar təminat ödəməsi üçün 10 gün vaxt verib.

Bildirilib ki, Tramp pulu depozitə yatırsa, məhkəmə bütün cərimənin yığım müddətini dayandıracaq və o, apellyasiya şikayəti verərkən dövlətin keçmiş prezidentin əmlakına həbs qoyulmasının qarşısını alacaq.

Apellyasiya məhkəməsinin üç hakimdən ibarət heyəti Trampın şikayətinə baxacaq.

Noyabrda ABŞ-da keçiriləcək seçkilərdə Co Baydenlə qarşılaşacaq Tramp fevralın 16-da daha yaxşı kredit və sığorta şərtlərini təmin etmək üçün öz sərvətini saxtakarlıqla milyardlarla dollar şişirtməkdə günahkar bilinib.