Belarus ölkənin Ukrayna, Polşa və Litva sərhədləri boyunca hərbi təlimlərə başlayıb.
APA xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, əsas məqsəd müharibə şəraitində ordunun baş verə biləcək hücuma çevik reaksiyasının, eləcə də ərazi bütövlüyünün etibarlı müdafiəsinin təminatı, o cümlədən hərbi vəziyyətin elan olunacağı təqdirdə zəruri tədbirlərin görülməsindən ibarətdir.
Qeyd edək ki, rəsmi Minsk təlimlərin vaxtının təsadüfən seçilmədiyini bəyan edib. Hökumətdəki mənbə xatırladıb ki, məhz 1996-cı ilin bu günü Rusiya-Belarus İttifaqının yaradılması haqqında müqavilə imzalanıb.