Xanəndə muxtar seçildi

“Sizlərlə birlikdə məhəlləmizə gözəl bir şəkildə xidmət göstərməyə davam edəcəyik”

  Türkiyədə xanəndə Hilal Özdemir Kadıköy Suadiyə məhəlləsinin muxtarı  seçilib.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Hilal Özdemir bir neşə ay öncə məhəllə muxtarlığına namizədliyini irəli sürdüyünü açıqlayıb. İndi isə paylaşım edərək ona etibar göstərən məhəllə sakinlərinə təşəkkür edib: “sevgili suadiyyəlilər. Yerli seçkilərdə mənə və komandama səs verib seçimi qazanmağımıza yardım etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Yeni dönəmdə sizlərlə birlikdə məhəlləmizə gözəl bir şəkildə xidmət göstərməyə davam edəcəyik. Muxtarınız Hilal Hülya Özdemir”. Türk musiqisi və türk xalq sənətçisi  Hilal Özdemir 20 aprel 1971-ci ildə anadan olub. Türk xalq mahnıları ifaçısı kimi tanınır. Hilal Özdemir Harika Avcı, Hünər Coşkunər, Nur Ərtürk, Ayşə Tunalı kimi məşhur xalq musiqisi ifaçılarının konsertlərini təşkil edən Atilla Alpsakarya vasitəsilə tanınıb. 1994-cü ildə “İrəm Qız” adlı musiqi albomu ilə məşhurlaşıb.