Ankarada güclü yanğın baş verib

Ankarada təkər tullantıları toplanan ərazidə güclü yanğın baş verib.
APA NTV-yə istinadən xəbər verir ki, yanğının söndürülməsi istiqamətində iş aparılır.
Əraziyə yanğınsöndürənlərlə bərabər, tibbi briqadalar və polis əməkdaşları cəlb olunub.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, ötən gün İstanbulda gecə klubunda baş vermiş yanğında 29 nəfər ölüb.