Gəlinin 12, bəyin 63 yaşı var!

Polis müdaxiləsindən sonra qalmaqal yaşandı
 
 Rahibin 12 yaşlı uşaqla toy mərasimi dünyada böyük əks-səda yaradıb. Polis mərasimə müdaxilə edincə daha başqa tükürpərdici faktlar ortaya çıxıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə Qərbi Afrika ölkəsi Qanada baş verib.  63 yaşlı rahib hazırda 12 yaşı olan qızı 6 il əvvəl, onun hələ 6 yaşı olarkən özünə həyat yoldaşı seçib. Toy mərasimi Qananın Nungua şəhərində təşkil edilib. Toy mərasimindən görüntülər yayıldıqdan sonra yerli polis hərəkətə keçərək rahibi həbs edib. Rahibin müdafiəsinə qalxanlarsa ağlasığmaz dəlillər, sübutlar irəli sürməyə başlayıblar.  Rahibin mənsub olduğu məbədin təmsilçisi Nii Bortey Kofi Frankva II belə açıqlama verib:  "Rahib Naa Yomo Ayemuade, 300 il əvvəl yaşamış və tanrılardan birinin illərdir icra edilməyən müqəddəs adətlərinin icrası üçün reenkarnasion keçirərək (ruhun bir bədəndən digərinə keçidi) geri göndərilmiş biridir. O, qız uşağı həddi-buluğa çatmayanadək ər-arvad münasibətlərinə daxil olmayacaq”. Qana polisi bu sərsəm açıqlamanı əsassız sayaraq qız uşağını qoruma altına alıb. Qanada evlilik yaşı qanunla 18 yaş həddi müəyyən edilib. UNICEF isə əldə edilən məlumatlara əsasən, Qananı dünyada erkən evliliklərin ən çox yaşandığı ölkə hesab edir. Həbs edilən rahibin ailəsi isə bu toy mərasiminin sadəcə ənənələrin yaşadılması məqsədilə bir ayin olaraq təşkil edildiyini, hüquqi qüvvəsi olmadığını deyib.