“Güllü aş”ın” sirri: Krımdan gələrək Türkiyəyə yayıldı!

1850-ci illərdə, Osmanlı-rus müharibələri zamanında Krımdan İstanbula Abdullah Əfəndi adında bir gənc gəlib. Abdullah Əfəndinin yolu Topqapı sarayında güllac (güllü aş) bişirən usta Bəkir Əfəndi ilə kəsişib. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən Abdullah Əfəndinin sonrakı taleyini və güllü aşın türk mətbəxinin vazkeçilməzinə necə çevrildiyini təqdim edir. Bəkir Əfəndi bildiklərini Abdullaha öyrədir, onun bacarıqlara yiyələnməsinə vəsilə olur. Abdullah Əfəndi zaman keçdikcə bacarıqlı, əlindən dadlı nemətlər çıxan məşhur aşbaz olur. Və Osmanlı sarayının da güllac ustasına çevrilir. O dönəmlərdə sarayda güllac çox sevilirdi. Xalq arasında da bu nemət məşhurlaşıb və sevilib. Abdullah Əfəndi təkcə saray əhli üçün bu yeməyi hazırlamaqla kifayətlənmir, ətraf bölgələrə də onu yaymağa başlayır. Getdikcə ölkənin dörd bir yanında Abdullah Əfəndinin güllacı məşhurlaşır. Xalq isə güllacı daha çox Ramazan və digər bayramlarda süfrəyə gətirib. Bu yeməyin məhz Ramazanda süfrəyə gətirilməsi onun rahat həzm olunan, eyni zamanda tutumlu yemək olmasıyla bağlıdır. Oruc tutanlar imsaka, yaxud iftara güllac bişirirdilər. Yumşaq, dadlı yemək oruclu insanları rahatladırdı. Abdullah Əfəndi ilk dükanını 1900-cü ildə “Unçu Abdullah” adı ilə açıb. İşləri uğurlu olub. Lakin I Dünya müharibəsində Abdullah Əfəndi dəyirmanını, atları, əlindəki bütün ərzağı Milli Mücadiləyə verib. 2 övladı bu müharibədə şəhid olub. Yanında  yeganə oğlu Saffət və həyat yoldaşı Haşimə xanım olub. Abdullah Əfəndi güllacın sirlərini oğluna öyrədib və 1927-ci ildə vəfat edib. Abdullah Əfəndinin oğlu Saffət Arsevən adıyla tanınıb və atasının məsləyini davam etdirib. Dükan açıb və o da atası kimi bu məsləyi öz övladlarına öyrədib. 40 il sonra güllaç mirasını oğulları İlhan və Yalçın Arseven davam etdirib. Hazırda güllaç markasının adı “Saffət Abdullah”dır. Nəvələr ata və babalarının adını yanaşı qoyub. 1980-ci illərdə dördüncü nəslin davamçıları iş başına gəlib. İndi güllac mirasını Gürsel və Ərdal Arsevən qardaşları davam etdirir. Əsas ərzağı süd və undan ibarət olan güllaç, adətə görə gümüş və ya mis qapaqlı qablarda, az miqdar gül suyu əlavə edilərək servis edilir.